...

Rusiya Asiya Parlament Asambleyası çərçivəsində pozitiv əməkdaşlığın dərinləşdirilməsini dəstəkləyir

Siyasət Materials 19 Fevral 2025 18:33 (UTC +04:00)
Rusiya Asiya Parlament Asambleyası çərçivəsində pozitiv əməkdaşlığın dərinləşdirilməsini dəstəkləyir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Asiya Parlament Asambleyası (APA) çərçivəsində pozitiv əməkdaşlığın dərindləşdirilməsini dəstəkləyir.

Trend xəbər verir ki, bunu Federasiya Şurasının Aqrar-Ərzaq Siyasəti və Təbii Sərvətlərdən İstifadə komitəsinin üzvü Qennadiy Ordenov Mədəniyyət və Sosial Məsələlər üzrə Daimi komitənin APA 15-ci plenar sessiyası çərçivəsində Bakıda keçirilən iclasında çıxışı zamanı bildirib.

“Rusiya APA çərçivəsində pozitiv praqmatik əməkdaşlığın dərinləşdirilməsini dəstəkləyir. Mədəniyyət və Sosial Məsələlər üzrə Daimi Komitənin sədri olaraq biz profil kooperasiyasının inkişafına yönəlmiş təşəbbüsləri alqışlayırıq, bir çox Asiya ölkələri arasındakı münasibətlərdə bir-birinin mədəni zənginləşməsinə yönəlmiş qarşılıqlı hörməti və etimadı dəyərləndiririk”, - deyə o qeyd edib.

Ordenovun sözlərinə görə, parlament əlaqələrinin möhkəmləndirilməsi ölkələr arasındakı inkişafla ayaqlaşmağa imkan verir. Assambleyanın platforması 40-dan çox ölkə üçün əməkdaşlığın inkişafı baxımından imkanlar təqdim edir.

Qeyd edək ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında 35 nümayəndə heyəti iştirak edir. APA Asiya ölkələrinin parlamentlərini birləşdirən əhəmiyyətli parlament diplomatiyası platformasıdır. Bu kimi tədbirlər müzakirələrin inkişafına və üzv ölkələrin qanunverici orqanları arasında dialoqun gücləndirilməsinə töhfə verir.

Xəbər lenti

Xəbər lenti