...

PAKİSTAN MİLLİ BANKI BAKIDA NÜMAYƏNDƏLİK AÇIR

Siyasət Materials 20 İyun 2005 13:29 (UTC +04:00)

Pakistan Milli Bankı Bakıda öz nümayəndəliyini açır. Pakistanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata əsasən, nümayəndəlik yaxın vaxtlarda işə başlayacaq.

Nümayəndəliyin açılması haqqında razılıq Azərbaycan və Pakistan hökumətləri arasında 1999-cu ildə əldə olunub. Lakin bir sıra subyektiv səbəblər üzündən açılış ləngiyib. 10-15 gün ərzində bankın nümayəndəliyi rəsmi lisenziya alacaq.

Pakistan tərəfi ümid edir ki, Azərbaycanda nümayəndəliyin açılışı iki ölkənin iş adamları arasında əməkdaşlığın inkişafına köməklik edəcək, Azərbaycan sahibkarlarına Pakistanlə iqtisadi əlaqələri genişləndirməyə imkan verəcək.

Səfirlikdən bildiriblər ki, təntənəli açılış mərasimində iştirak etmək üçün Pakistan hökumətinin nümayəndə heyəti Bakıya gələcək.

Xəbər lenti

Xəbər lenti