...

DİN , ELƏCƏ DƏ MTN GENERAL ƏSGƏR ƏLƏKBƏROVUN OĞLUNUN HƏBS OLUNMASINI TƏKZİB EDİR

Siyasət Materials 20 İyul 2005 16:01 (UTC +04:00)

"Bəzi radikal müxalifət qəzetlərinin yazdığı kimi, daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun oğlunun üstündə guya narkotik maddə tapılması və onun Milli təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həbs olunması əsasız şayədən başqa bir şey deyildir". Bunu Trend ə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirmişlər.

Məlumatda, müxalifət qəzetlərinin belə xəbərlər yaymaqda məqsədinin cəmiyyətdə narahatçılıq yaratmaqdan başqa bir şey olmadığı göstərilmişdir.

Məsələyə münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arif Babayev Trend ə müsahibəsində qəzetlərdə yer almış xəbərin yanlış olduğunu və heç bir əsasa söykənmədiyini vurğulamışdır.

Onun sözlərinə görə, bəzi qəzetlərin belə "sensasiyalı" xəbərlər yaymaqda məqsədləri cəmiyyətdə çaşqınlıq yaratmaqla bərəbər, eyni zamanda özlərinin satış həcmlərini artırmaqdır.

Xəbər lenti

Xəbər lenti