...

ÇEÇENİSTAN PREZİDENTİ GÜRCÜSTAN VƏ AZƏRBAYCANLA SƏRHƏDLƏRİ MÖHKƏMLƏNDİRMƏYƏ ÇAĞIRIR

Siyasət Materials 20 İyul 2005 16:49 (UTC +04:00)

("İnterfaks") - Çeçenistan Respublikasının prezidenti Alu Alxanov bildirib ki, Çeçenistanın ərazisində olan qanunsuz silahlı birləşmələr RF-nin Gürcüstan və Azərbaycanla sərhədi vasitəsilə kömək alır. Buna görə də bu sərhədlərin möhkəmləndirilməsi ilə bağlı dərhal tədbir görmək lazımdır.

"Cənub istiqamətində dövlət sərhədinin möhkəmləndirilməsi məsələsi çox aktualdır. Əgər onlar əvvəllər inzibati sərhədlər idisə, indi Rusiyanın dövlət sərhədidir və etibarlı müdafiə olunmalıdır", - deyə A.Alxanov çərşənbə günü Znamenskdə bəyan edib.

Xəbər lenti

Xəbər lenti