...

AZƏRBAYCAN VƏ YUNANISTANIN DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQ VƏ TERRORÇULUQLA MÜBARİZƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏCƏK

Siyasət Materials 26 İyul 2005 16:10 (UTC +04:00)

Azərbaycan və Yunanıstanın Daxili İşlər Nazirlikləri mütəşəkkil və transmilli cinayətkarlıq və beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı genişləndirəcək.

Yunanıstanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, bu istiqamətlərdə qarşılıqlı fəaliyyət mexanizmi hər iki ölkənin Daxili İşlər Nazirlikləri arasında bağlanacaq sazişin layihəsində öz əksini tapıb.

Sazişin layihəsi Yunanıstanın İctimai Asayişin Qorunması Nazirliyinin ekspertləri tərəfindən hazırlanıb və AR DİN-in müzakirəsinə verilib.

Sənəddə beynəlxalq terrorçuluq, transmilli və mütəşəkkil cinayətkarlıq, silah və narkotik maddələrin qanunsz dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutur. Azərbaycan tərəfi sənədə bir sıra düzəlişlər edərək və təkliflər irəli sürərək, onu yunananıstanlı ekspertlərə göndəriblər.

Səfirlikdə hazırda layihənin 80%-dən çoxunun razılaşdırıldığı bildirilib. Sənədin ilin sonuna qədər tərəflərdən birinin nümayəndə heyətinin səfəri zamanı imzalanacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti