...

MDB İCRAİYYƏ KOMİTƏSİ PARLAMENT SEÇKİSİNDƏ AZƏRBAYCANA MÜŞAHİDƏ MİSSİYASI GÖNDƏRƏCƏK

Siyasət Materials 9 Avqust 2005 18:32 (UTC +04:00)

Avqustun 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB İcraiyyə Komitəsinin şöbə müdiri Yevgeni Slobadanı qəbul edib. Bu barədə Trend ə MSK-dan məlumat verilib. Göbrüşdə Y.Slobada MBD İcraiyyə Komitəsinin parlament seçkilərində müşahidəçilik etmək üçün ölkəmizə müşahidə missiyası göndərmək arzusunda olduğunu bildirib. MSK sədri MDB müşahidə missiyasının 6 noyabr parlament seçkisində müşahidəçilik edəcəyindən məmnun olduğunu qeyd edib.

Qonaq Azərbaycanda seçki dairələrinin sayı, onların təşkili prinsipləri barədə maraqlanıb və qeyd edib ki, təxminən 250-300 nəfərdən ibarət olacaq müşahidə missiyası bütün dairələrdə müşahidə aparacaq. Missiya seçki ərəfəsində KİI-in monitorinqini aparacaq, seçkiqabağı təşviqatın gedişini izləyəcək.

Y.Slobada Azərbaycanda müşahidə institutu və Azərbaycanda keçirilən seçkilərdə müşahidəçiliyin həyata keçirilməsi qaydaları və prinsipləri ilə də maraqlanıb. Bundan əlavə o, başqa MDB ölkələrində müşahidə missiyasının tərkibində müşahidəçilik etmiş Azərbaycan MSK-sının üzvlərinin və MSK Katibliyinin əməkdaşlarının fəaliyyətindən razılıq edib və onların peşəkarlıq səviyyəsinin yüksək olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti