...

AYAZ MÜTƏLLİBOVUN SƏNƏDLƏRİ DAİRƏ SEÇKİ KOMİSSİYASINA TƏQDİM OLUNUB

Siyasət Materials 17 Avqust 2005 14:42 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) lideri, eks prezident Ayaz Mütəllibovun parlament seçkisində iştirakla bağlı sənədləri avqustun 17-də dairə seçki komissiyasına təqdim olunub. Bu barədə Trend ə ASDP-də məlumat verilib. Sabiq prezidentin namizədliyi 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürülüb.

Qeyd edək ki, A.Mütəllibov 1990-92-cı illərdə Azərbaycana rəhbərlik edib. Müstəqil Azərbaycanın ilk prezidenti olub, onun hakimiyyəti devrildiyi vaxtdan indiyədək isə Rusiyada yaşayır. Barəsindəki ittihamlarla əlaqədar Azərbaycana qayıdacağı təqdirdə hüquq mühafizə orqanları tərəfindən həbs olunacağı barədə qərar var.

Xəbər lenti

Xəbər lenti