...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ ÜÇÜNCÜ RÜB ƏRZİNDƏ QİYMƏTLƏRİN MONİTORİNQİNİ 62 ADDA MAL ÜZRƏ APARACAQ

Siyasət Materials 26 Avqust 2005 16:41 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi 62 adda mal üzrə qiymətlərin monitorinqini aparacaq. İqtisadi inkişaf naziri Fərhad Əfliyevin Trend ə bildirdiyinə görə, bu mal qrupu Dünya bankı tərəfindən əhalinin rifahının və yoxsul vətəndaşların sayının müəyyən edilməsində daha münasib indikator kimi tövsiyyə olunub. Malların siyahısı Dövlət statistika komitəsinə təqdim olunub.

"Müvafiq fərman mayın 31-də imzalanıb və biz ikinci rübün, yəni aprel, may və iyun ayları üçün qiymətlərin monitorinqini keçirmişik. Həm pərakəndə satış, həm də idxal qiymətlərin monitorinqi aparılıb. Əlbəttə topdan satış qiymətlərinin də uçotu aparılmalıdır.

Üçüncü rübdə qiymətlərinin monitorinqi aparılmış malların siyahısı genişləndiriləcək, həmçinin idxal, topdan satış və pərakəndə satış qiymətləri göstəriləcək. Birinci monitorinq çərçivəsində topdan satış qiymətlərinin uçotu aparılmayıb, çünki rəsmi statistikada yalnız idxal və pərakəndə satış qiymətləri nəzərə alınır.

Bir çox malların qiymətlərini müəyyən etmək çətindir, belə ki, tək-tək satılmalı olan mallar kiloqramla satılır. Kostyumlar, tuflilər, köynəklər və bu kimi digər mallar kiloqramla satılır. Lakin onlar dünya normalarına uyğun qaydada satılmalıdır. Üçüncü rübdə biz buna xüsusi diqqət ayıracağıq", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti