"Yeni Siyasət" (YES) seçki bloku tərəfindən 17 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Azərbaycan eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun qeydə alınma məsələsinə sentyabrın 4-ə baxıla bilər". Bu barədə Trend ə müxaliffətyönlü YES blokunun üzvü ASDP-nin həmsədri Araz Əlizadə bildirib.
A.Əlizadə onu da qeyd edib ki, əgər A.Mütəllibov namizəd kimi qeydə alınandan sonra Respublika Baş Prokurorluğu tərəfindən onun toxunulmazlıq hüququ götürülərsə, onda ASDP nə dövlət orqanlarına, nə də beynəlxalq təşkilatlara etiraz etməyəcək, çünkü bunun "heç bir nəticəci olmayacaq".
Ayaz Mütəllibovun vətənə qayıtması ilə bağlı dövlət başçısı İlham Əliyevin hər hansı qərarına hörmətlə yanaşacaqlarını vurğulayan A.Əlizadə sözü gedən qərarı "hələ də gözlədiklərini bildirib".