...

ALLAHŞÜKÜR PAŞAZADƏ: AZƏRBAYCANDA MİSSİONERLİYƏ QARŞI ƏN TƏSİRLİ MÜBARİZƏ ÜSULU CƏMİYYƏTİN İNFORMASİYA SƏVİYYƏSİNİN ARTIRILMASIDIR

Siyasət Materials 9 Sentyabr 2005 11:45 (UTC +04:00)

"Azərbaycanda missionerliyə qarşı ən kəsərli mübarizə üsulu islam sahəsində cəmiyyətin informasiya səviyyəsinin artırılmasıdır". Trend in "Zaman" qəzetinə istinadən xəbər verdiyi kimi, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə İstambulda Avrasiya İslam Şurasının 6-cı iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycanda missioner fəaliyyəti "humanizm şüarları" altında həyata keçirilir. "Azərbaycanda dini ədəbiyyat çatışmazlığı belə fəaliyyətə qarşı mübarizədə mənfi təsir göstərir", - deyə QMİ-nin sədri qeyd edib.

Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan, Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin müəllimi, professor Vasim Məmmədəliyev bildirib ki, missionerlər dinini dəyişmiş vətəndaşları ad və soyadlarını dəyişməkdən imtina etməyə məcbur edirlər. "Missionerlər xristianlığı qəbul etmiş azərbaycanlılara dində ermənilərlə qardaş olduqlarını bildirirlər", - deyə V.Məmmədəliyev bəyan edib.

Tədbir iştirakçıları belə bir ümumi fikrə gəliblər ki, SSRİ-nin dağılmasından sonra dini baxışlarda kəskin dönüş yaranıb ki, bundan da missioner təşkilatları və qadağan olunmuş dini sektalar istifadə etmək istyəib.

Xəbər lenti

Xəbər lenti