2006-cı ilin birinci yarısında Avropa İttifaqında (Aİ) Avstriya sədrlik edəcək. Bu barədə Trend ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən xbər verilib.
Hazırda təşkilatda Böyük Britaniya sədrlik edir, ikitərəfli əməkdaşlıqla bağlı məsələlərlə bu ölkənin Azərbaycandakı səfirliyi məşğul olur.
Avstriya təşkilatda 2006-cı ilin yanvarından iyun ayına kimi sədrlik edəcək. Azərbaycanın xarici işlər nazirinin Avstriyaya səfəri çərçivəsində onunla Avstriyanın XİN başçısı Ursula Plassnikin görüşü zamanı gələcək əməkdaşlığa dair məsələlər diqqət mərkəzində olub.
Görüş zamanı Azərbaycanın bu beynəlxalq strukturun qonşuluq siyasətində iştirakı, xüsusilə, Azərbaycanla Aİ arasında əməkdaşlığa dair fəaliyyət planının hazırlanması və qəbul olunması perspektivləri müzakirəyə çıxarılıb.