...

SƏYAVUŞ NOVRUZOV: "EYNİ DAİRƏDƏN YAP-IN SİYAHISINDAN KƏNAR NAMİZƏDLİYİ QEYDƏ ALINAN DİGƏR YAP-ÇILAR NAMİZƏDLİKLƏRİNDƏN İMTİNA ETMƏLİDİRLƏR"

Siyasət Materials 9 Sentyabr 2005 13:58 (UTC +04:00)

"Eyni dairədən Yeni Azərbaycan Partiyasının (YAP) vahid seçki siyahısından kənar namizədliyi qeydə alınan partiyanın digər üzvləri öz namizədliklərindən imtina etməlidirlər". Bu barədə Trend agentliyinə YAP-ın icra katibinin müavini Səyavuş Novruzov bildirib.

S.Novruzov bu fikrin şəxsən özünə məxsus olduğunu söyləyib: "Mən belə düşünürəm ki, seçkiyə müstəqil şəkildə qatılan YAP üzvləri partiyanın vahid seçki siyahısı üzrə qeydə alınan şəxslərin xeyrinə namizədliklərindlən imtina etməlidirlər".

Belə qənaətə gəlməyin səbəblərini geniş açıqlamayan S.Novruzov yalnız onu bildirib ki, bu, YAP-ın namizədlərinə verilən səslərin bölünməsinə gətirib çıxara bilər: "Eyni dairədən namizəd olan YAP üzvləri bir-birlərinə qarşı mübarizə apara bilməyəcəklərindən bu varinat məqbul sayıla bilər".

YAP-ın vahid seçki siyahısı üzrə namizədliyi 5 saylı Şahbuz-Babək seçki dairəsindən qeydə alınan S.Novruzov onu da qeyd edib ki, seçkilərə hazırlıq və 2000-dən çox namizədin qeydə alınması demokratiyanın bir təzahürüdür.

Xəbər lenti

Xəbər lenti