...

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ ELDAR MAHMUDOV: "ZAKİR NƏSİROVA İŞGƏNCƏ VERİLMƏSİ İLƏ BAĞLI MƏLUMATLAR HƏQİQƏTƏ UYĞUN DEYİL"

Siyasət Materials 12 Sentyabr 2005 13:47 (UTC +04:00)

Milli Təhlükəsizlik naziri Eldar Mahmudov Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, hazırda MTN-nin istintaq təcridxanasında saxlanılan Zakir Nəsirovla bağlı yayılan bəzi məlumatları təkzib edib.

Trend məlumat verir ki, jurnalistlərlə söhbətində nazir keçmiş idarə rəisi Zakir Nəsirovla bağlı bəzi qəzetlərdə yazılanların həqiqətə uyğun olmadığını söyləyib.

E.Mahmudov: " Sarı mətbuat MTN təcridxanasında saxlanılan və MTN-nin istintaq idarəsi tərəfindən dindirilən Zakir Nəsirovun guya işgəncələrə məruz qaldığını yazır.

Ancaq bildirirəm ki, bu, ağ yalandır. Sarı mətbuat ətrafına oxucu yığmaq üçün belə uydurma məlumatlar dərc edir".

Nazir bildirib ki, MTN-də heç kəsə işgəncə tətbiq olunmur və bu, mümkün də deyil. Çünki istintaqa cəlb olunanlar vəkillərinin iştirakı ilə istintaqçılar tərəfindən dindirilirlər.

Xəbər lenti

Xəbər lenti