...

ANAR MƏMMƏDXANLI: VENESİYA KOMİSSİYASI AZƏRBAYCANDAKI VƏZİYYƏTLƏ BAĞLI PROVOKASİYA APARIR VƏ MÜXALİFƏTİN QEYRİ-OBYEKTİV BƏYANATLARI ÜÇÜN ŞƏRAİT YARADIR

Siyasət Materials 13 Sentyabr 2005 18:40 (UTC +04:00)

Venesiya komissiyasının (VK) Azərbaycanın Seçki məcəlləsi üzrə son birgə qiymətləndirmə layihəsi ən sadə yalnış qənaətə və son dərəcə qeyri-peşəkarlığa nümunədir.Sənədə belə bir qiymətləndirməni Trend ə eksklüziv olaraq Milli Məclisin deputatı Anar Məmmədxanov verib.

Onun sözlərinə görə, Avropa Şurası VK Azərbaycandakı vəziyyətlə bağlı provokasiya aparır və müxalifətin artıq indi respublikada vəziyyətin qeyri-demokratikliyinə dair bəyanatlar verməyə başlaması üçün şərait yaradır.

"Bütün bunlar Azərbaycan cəmiyyətində qarşıdurma yaratmağa yönəldilib" -deyə parlamentari vurğulayıb və qeyd edib ki, "VK nümayəndələri üçün Azərbaycan safari, siyasi əyləncə vasitəsidir və bir çoxları bu yolla diplomatik karyeraya nail olmaq istəyir".

"4 aydır ki, Azərbaycan parlamenti deputatlığa namizədlər üçün depozitlərin azaldılmasına dair qərar qəbul edib.Amma VK bəzi mənbələrə istinadən bəyan edir ki, belə məlumatlar vardır"-deyə deputat bildirib.O, qeyd edib ki, həmin məsələnin öyrənilməsi üçün İnternet şəbəkəsində bir az araşdırma aparmaq kifayətdir.

"VK nümayəndələri öz üzərlərinə belə bir məsuliyyət götürə bilərlərmi ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri 2000-ci ildə olduğu kimi pozulmayacaq"-deyə A. Məmmədxanlı bildirib.

Parlamentari AŞ baş katibi Terri Devisin və AŞPA-nın keçmiş prezidenti, lord Rassel Consonun mövqeyini yüksək qiymətləndirib.Onlar Bakıya səfərlərində bəyan etmişdilər ki, Azərbaycanın hazırkı qanunvericiliyi əsasında demokratik və şəffaf seçkilərin keçirilməsi mümkündür.

"Avropa strukturları siyasətçilərin ya karyeraya başladıqları, ya da onu başa çatdırdıqları bir yerdir.Orada yüksəlişdə olan insanlar yoxdur"-deyə A. Məmmədxanlı qeyd edib.

Milli Məclis aparatının rəhbəri, Azərbaycanın VK-də işçi qrupunun üzvü Səfa Mirzəyevin həmin məsələ üzrə şərhlərini öyrənmək mümkün olmadı.

Xəbər lenti

Xəbər lenti