AR gənclər, idman və turizm naziri Əbülfəz Qarayev sentyabrın 26-da Kipr Respublikasına səfər edəcək. AR gənclər, idman və turizm nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi İlham Mədətov Trend ə bildirib ki, səfərin məqsədi beynəlxalq turizm gününə təsadüf edən beynəlxalq konfransda iştirak etməkdir.
Konfransın 26-27 sentyabrda keçirilməsi planlaşdırılır.Burada bir çox ölkələrin turizm nazirləri iştirak edəcək.Tədbir çərçivəsində nazir həmçinin digər ölkələrdən olan rəsmi nümayəndə heyətlərinin başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirməyi və turizm sahəsində ikitərəfli münasibətlərin inkişafı perspektivlərini müzakirə etməyi planlaşdırır.