...

ATƏT-İN MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ BAKIYA GƏLƏCƏK

Siyasət Materials 24 Sentyabr 2005 13:09 (UTC +04:00)
ATƏT-İN MİNSK QRUPUNUN AMERİKALI HƏMSƏDRİ BAKIYA GƏLƏCƏK

Ayın sonunadək ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, səfir Stiven Mənn Bakıya gələcək. Trend in məlumatına əsasən, ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş bu barədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə aparılan danışıqlar prosesinin hazırkı mərhələsi müzakirə ediləcək.

R.Harniş Dağlıq Qarabağdakı separatist rejimə ABŞ tərəfindən hər il maliyyə yardımı göstərilməsinə və keçmiş sovet məkanında digər münaqişə zonalarına nisbətdə belə bir münasibətin olmamasına dair məsələni də şərh edib.

Onun sözlərinə görə, ABŞ bütün dünyada olan qaçqın və məcburi köçkünlərə yardım edir. "Bununla belə, çoxsaylı humanitar yardımların hesabına Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmişlərə yardım edilir.

Həmçinin Konqres Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmişlərə yardım üçün vəsait ayırır.ABŞ-nın apardığı bu iş Dağlıq Qarabağ münaqişəsi üzrə uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanın apardığı danışıqlar çərçivəsindədir"-deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti