...

SIEMENS AZƏRENERJİ İLƏ SƏNGƏÇAL TERMİNALI ƏRAZİSİNDƏ İKİNCİ YARIMSTANSİYANIN TİKİNTİSİ ÜZRƏ DANIŞIQLAR APARIR

Siyasət Materials 24 Sentyabr 2005 15:47 (UTC +04:00)

Siemens Azərenerji SC ilə Səngəçal terminalı ərazisində ikinci yarımstansiyanın tikintisi üzrə danışıqlar aparır.Bu barədə Trend ə şirkətin Azərbaycandakı nümayəndəliyinin baş direktoru Samir Axundov bildirib.

Onun sözlərinə görə, danışıqların yekunlarına əsasən saziş imzalanacaq.İkinci yarımstansiyanın tikintisi BTC layihəsinin strateji obyekti olan Səngəçal terminalının enerji təchizatı üçün böyük əhəmiyyət kəsb edir.

S.Axundoov qeyd edib ki, Siemens Azərenerji SC ilə burada artıq 110/10 kV "Tepminal" yarımstansiyasını tikib. "Layihənin dəyəri ümumilikdə $5 mln təşkil edirdi ki, bunun da $1,5 mln.-u Siemens -in payına düşür. İkinci yarımstansiyanın tikintisinin də bu rəqəm həddində olacağı nəzərdə tutulur.Amma layihənin dəqiq məbləği müqavilə imzalandıqdan sonra məlum olacaq" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti