...

RAMİZ MEHDİYEV: MÜXALİFƏTİN MİTİNQLƏR KEÇİRMƏSİ ÜÇÜN YENİ YERLƏRİN MÜZAKİRƏSİNƏ VAXT İTİRMƏYƏ EHTİYAC YOXDUR

Siyasət Materials 29 Sentyabr 2005 17:14 (UTC +04:00)
RAMİZ MEHDİYEV: MÜXALİFƏTİN MİTİNQLƏR KEÇİRMƏSİ ÜÇÜN YENİ YERLƏRİN MÜZAKİRƏSİNƏ VAXT İTİRMƏYƏ EHTİYAC YOXDUR

Azərbaycan prezidenti İcra aparatının (PİA) başçısı Ramiz Mehdiyev hesab edir ki, müxalifətin etiraz aksiyası keçirməsi üçün yeni yerlərin axtarılması məsələsinin müzakirəsinə vaxt itirməyə ehtiyac yoxdur . Trend in məlumatına əsasən, o, sentyabrın 29-da bu barədə jurnalistlərə bildirib.

O, deyib ki, sentyabrın 29-da KİV-də Bakı meriyasının müxalifətin ünvanına "hər şeyin qanunvericiliyə müvafiq aydın şərh edildiyi" müraciəti dərc edilib. "Biz müxalifətə 5 yer təqdim etmişik. Onlar bu yerlərdən birini seçərək öz mitinqini keçirə bilər" -deyə R.Mehdiyev radikal siyasi partiyaların Bakının mərkəzində mitinq keçirmək tələbinə aid müxalifət ilə hakimiyyət arasında məsləhətləşmələrə dair məsələyə öz fikrini bildirərkən qeyd edib.

"Mənə elə gəlir ki, yer məsələsi ilə bağlı hər şey aydındır.Buna görə də orada oturub vaxt itirməyə ehtiyac yoxdur.Mən belə düşünürəm.Amma mən bilmirəm Yeni Azərbaycan partiyasının katibliyi hansı qərarı qəbul edəcək" -deyə R.Mehdiyev əlavə edib.

Müxalifət partiyalarının Bakının mərkəzində mitinq keçirməsi niyyətini hakimiyyətin necə qəbul edəcəyi ilə bağlı suala cavab verərkən R.Mehdiyev deyib: "Əgər onlar qanunu pozsa, onda qanun qarşısında cavab verəcəklər".

Xəbər lenti

Xəbər lenti