...

BAKIDA SƏSVERMƏNİN YEKUNLARINA GÖRƏ POLŞADA PREZİDENT SEÇKİLƏRİNDƏ DONALD TUSK LİDERLİK EDİR

Siyasət Materials 10 Oktyabr 2005 13:12 (UTC +04:00)

Bakıda səsvermənin yekunlarına görə, Polşada prezident seçkilərində Donald Tusk (Donald Tusk) liderlik edir. Bu barədə Trend ə Polşanın Azəycandakı səfiri Daryuş Kaminski məlumat verib.

Onun sözlərinə görə, seçki gjünü səfirlikdə təşkil olunan seçki məntəqəsinə 28 seçici gəlib ki, onların da əksəriyyəti Donald Tuska səs verib. Səfirin məlumatına görə, bunlar diplomatik missiyada, Azərbaycanın müxtəlif şirkət və müəssisələrində müvəqqəti çalışan polyaklardır. Səfir bildirib ki, belə şəxslərin ümumi sayı 70 nəfərdir.

Polşanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bülletenlərin 90%-nin hesablanmasından sonra sağ liberal "Vətəndaş platforması" partiyasının lideri Donalğd Tuskseçicilərin 35,82%-nin səsini qazanıb. İkinci yerdə 33,29% Varşavanın meri, "Hüquq və ədalət" partiyasının lideri Lex Kaçinski (Lech Kaczynski) gedir. Ondan sonra 15,56% səslə "Özünümüdafiə" partiyasının sədri Ancey Lepper (Andrzej Lepper) və 10,19%M səslə Polşa sosial-demokratlarının lideri Borovski (Marek Borowski) gedir.

Səfirin məlumatına görə, seçkilərin ikinci turu iki həftədən sonra keçiriləcək.

Xəbər lenti

Xəbər lenti