...

Əli Həsənov: Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların tövsiyələrinin əsas hissəsini nəzərə alıb

Siyasət Materials 29 Oktyabr 2005 12:18 (UTC +04:00)

ATƏT DİİHB-nin müşahidəçi missiyasının son məruzəsində göstərilmiş faktlar keçmişdə qalıb və Azərbaycanda hazırkı seçkiqabağı vəziyyəti əks etdirmir. Azərbaycan prezidentinin 25 oktyabr tarixli "Parlament seçkilərinə hazırlıq və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamı mövcud problemlərin aradan qaldırılmasına dair bütün tədbirləri nəzərdə tutur. Trend bildirir ki, prezidentin İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində bu bəyanatı səsləndirib.

"Oktyabrın 25-dən başlayaraq səsvermə gününədək (6 noyabr) Azərbaycan hakimiyyətinin hərəkətlərində heç bir çatışmamazlıq müşahidə edilməyəcək"- deyə prezident aparatının nümayəndəsi qeyd edib və vurğulayıb ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların tövsiyələrinin əsas hissəsini nəzərə alıb, "qalanları isə təhlil ediləcək və ən yaxın vaxtda nəzərə alınacaq".

"Biz ümid edirik ki, səsvermə gününədək müxalifət icazəsiz mitinq keçirməyə cəhd etməyəcək və hakimiyyət məcburən tədbirlərə əl atmayacaq"- deyə prezident aparatının nümayəndəsi qeyd edib və vurğulayıb ki, respublika rəhbərliyi ədalətli, demokratik və azad seçkilərin keçirilməsi üçün mümkün olan hər bir şeyi edəcək.

Səsvermə günü barmaqların boyanmasından istifadə məsələsinə toxunan Ə.Həsənov bildirib ki, həmin məsələnin bütün texniki tərəfləri artıq həll edilib. "Təkcə boyalar deyil, həm də seçicilərin barmaqlarındda yoxlanılması üçün lazım olan bütün ləvazimatların respublikaya gətirilməsi üzrə kompleks tədbirlər aparılır"-deyə Ə.Həsənov bildirib və qeyd edib ki, səsvermə gününədək seçki komissiyaları işçilərinin hazırlanması üzrə keçirilən treninqlər başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti