...

Eldar Namazov ABŞ səfiri və ATƏT-in müşahidə missiyasının rəhbəri ilə görüşüb

Siyasət Materials 31 Oktyabr 2005 17:51 (UTC +04:00)

"Yeni Siyasət" Seçki Blokunun Koordinasiya Şurasının üzvü, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov oktyabrın 31-də ABŞ-ın Azərbaycandakı səfiri rino Harnişlə görüşüb. Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçki prosesinin gedişatı barədə müzakirələr aparılıb. Həmçinin dövlət başçısının 25 oktyabr sərəncamından sonra yerlərdəki vəziyyət, hakimiyyət nümayəndələrinin seçkilərə müdaxiləsi, seçki prosesinin gedişində rast gəlinən qanun pozuntuları haqqında da danışılıb. Görüş zamanı "Yeni Siyasət" blokunun fəaliyyəti, seçkilərdə iştirakı, barədə də fikir mübadiləsi aparılıb, E.Namazov səfiri bu haqda məlumatlandırıb. Demokuratik düşərgənin əməkdaşlıq perspektivləri də müzakirə mövzusu olub.

Qeyd edək ki, Eldar Namazov səfir R.Harnişlə görüşdən əvvəl eyni mövzuda ATƏT-in müşahidə missiyasının rəhbəri Gert Arenslə və onun müavini Rafaella Mateylə müzakirələr aparıb.

Xəbər lenti

Xəbər lenti