...

Yekun nəticələrə görə, parlament seçkisində ölkə vətəndaşlarının 46,83 faizi iştirak edib

Siyasət Materials 6 Noyabr 2005 21:27 (UTC +04:00)

Noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər saat 19.00-da başa çatıb və bu seçkidə ölkə üzrə seçicilərin 46,83 faizi iştirak edib. Trend xəbər verir ki, bu barədə məlumat saat 21.00-da "Seçkilər" İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında açıqlanıb.

İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev bildirib ki, səsvermə hüququ olan vətəndaşlarından 2 milyon 183 min 913 nəfəri seçkidə iştirak edib. Bu isə ölkə üzrə vətəndaşların 46,83 faizini təşkil edir.

Ən çox seçicici fəallığı müşahidə olunan seçki dairələri 51 saylı Qusar seçki dairəsi (70,13 faiz),70 saylı Masallı şəhər dairəsi (65,72 faiz), 1 saylı Şərur-Sərədək seçki dairəsi (62,99 faiz), Bakı şəhəri üzrə isə Əzizbəyov ikinci (64,93 faiz) seçki dairəsidir.

Xəbər lenti

Xəbər lenti