...

Azərbaycan prezidenti İranın müşahidəçi missiyasının rəhbərini qəbul edib

Siyasət Materials 8 Noyabr 2005 18:49 (UTC +04:00)

Noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev 6 noyabr parlament seçkilərinin monitorinqində iştirak etmiş İranın müşahidəçi missiyasının rəhbəri Əhəd Qəzaini qəbul edib. Trend bildirir ki, söhbət əsnasında dövlət başçısı parlament seçkilərinin monitorinqində çoxlu sayda müşahidəçilərin iştirakını "müsbət amil"kimi qiymətləndirərək keçirilən seçkilərin Azərbaycanın siyasi həyatında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İ.Əliyev qeyd edib ki, respublikada demokratik və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri şərtlərin yaradılıb. O, seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsinin təzahürü olduğunu vurğulayıb.

Öz növbəsində Ə. Qəzai bəyan edib ki, Milli Məclisə seçkilər demokratik şəraitdə keçirilib və o, özü də bilavasitə buna əmin olub.

Xəbər lenti

Xəbər lenti