...

"Azadlıq" bloku mitinq-yürüş keçirib

Siyasət Materials 9 Noyabr 2005 16:46 (UTC +04:00)
"Azadlıq" bloku mitinq-yürüş keçirib

"Azadlıq" seçki blokunun noyabrın 9-da "Qələbə" meydanı qarşısında ssaat 15.00-a təyin elədiyi mitinqsaat 16.05 -də başlayıb. Trend xəbər verir ki, mitinqin gecikməsinə səbəb blokun liderlərinin gexikməsi olub. Mitinq aksia iştirakçılarının Azərbaycan himninin oxunması ilə açıq elan edilib.

Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlalloğlu, "Musavat" partiyası başqanını müavini Rayuf Arifoqlu, Azərbaycan Milli İstiqlal partiyasının sədri Əli Əliyev, Milli Birlik Hərəkatının lideri Lalə-Şovkət Hacıyeva, "Musavat" partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər.

Polislərin verdiyi məluamata görə, mitinqdə 3 min nəfər iştirak edib, "Azadlıq" blokunun rəhbərləri isə bu rəqəmi 50 min olduğunu bildiriblər.

Mitinqi ATƏT-in Bakı ofisinin rəhbəri, Norveçin Azərbaycandakı səfiri və bir sıra beynəlxalq təşkilatların rəhbərləri müşahidə ediblər.

"Azadlıq" bloku növbəti mitinqini noyabrın 12-ə planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti