...

"Azadlıq" bloku Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verib

Siyasət Materials 3 Dekabr 2005 12:28 (UTC +04:00)

"Azadlıq" bloku Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verib. Bu barədə Trend ə "Azadlıq" blokunun həmsədri Sərdar Cəlaloğlu məlumat verib.

O bildirib ki, artıq Səbail rayon məhkəməsinə şikayət ərizəsi təqdim olunub. Şikayətdə Bakı Şəhər İcra Hakimiyyəti öz səlahiyyətlərini aşmaqda, qanunsuz hərəkətlərə yol verərək vətəndaşların sərbəst toplaşmaq hüququnu pozmaqda ittiham olunur.

S.Cəlaloğlu qeyd edib ki, Mərkəzi Seçki Komissiyasından (MSK) da məhkəməyə şikayət veriləcək. Həmçinin, dövlət başçısının Konstitusiya ilə təsbit olunmuş səlahiyyətləri icra edib-etmədiyinin araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət hazırlanıb. S.Cəlaloğlu deyib ki, yaxın günlərdə şikayət Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti