...

Güc strukturları yeni layihədə iştirak edəcək

Siyasət Materials 7 Dekabr 2005 17:57 (UTC +04:00)

Azərbacanın güc və məhkəmə strukturları yetkinlik yaşına çatmayanların qanunla mühakiməsinə dair yeni layihədə iştirak edəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər və Ədliyyə Nazirliklərinin, Polis Akademiyasının, Baş Prokurorluğun və Məhkəmənin iştirak etdiyi və "Azərbaycanda yetkinlik yaşına çatmayanların qanunla mühakiməsinə dair sistemli islahatlara təkan vermək" adlılayihəsi "Ümidli gələcək" təşkilatının ATƏT-lə birgə layihəsidir. Layihənin məqsədi yetkinlik yaşına çatmayanların qanunla mühakiməsinə dair xüsusi tədris proqramlarını hazırlamaqdır.

Xəbər lenti

Xəbər lenti