Azərbaycanın regional özünüidarə orqanları Assosiasiyasının (ARÖOA) hazırlanması üzrə işçi qrupunun ilk görüşü həmin assosiasiyanın yaradılmasına həsr olunub. Trend bildirir ki, tədbirdə Azərbaycanın müxtəlif regionlarının bələdiyyə rəhbərləri, Avropa Şurasının ekspertləri, Norveçin Azərbaycandakı səfiri Steyner Gil və AŞ baş katibinin Bakıdakı xüsusi nümayəndəsii Mats Lindberq iştirak edib.
Belə bir fikir qeyd olunub ki, assosiasiyanın yaradılması mərkəzi hakimiyyət ilə yerlərdə özünüidarəetmə orqanları arasında sıx əlaqələrin möhkəmləndirilməsinə imkan verəcək. Amma iştirakçıların fikrincə, bunun üçün AŞ-nin müxtəlif dövlətlərində artıq təcrübəsi olan aydın hüquqi bazanın yaradılması zəruridir. İclasda iştirak edən Norveçin Azərbaycandakı səfiri Steyner Gil qeyd edib ki, həmin layihə bələdiyyələrin fəaliyyətində çoxəsrlik ənənəyə malik olan Norveç hökumətinin bilavasitə dəstəyi ilə həyata keçirilir. Diplomatın sözlərinə görə, işçi qrupunun apardığı işlərin yekununa əsasən, bələdiyyə üzvlərinin peşəkar təcrübəsinin artırılmasına dair planlı iş aparacaq, xüsusilə treninqlər keçirəcək struktur yaradılacaq. "Assosiasiya Azərbaycanda sabitliyin təmin edilməsi və demokratik institutların inkişafının əsaslarından biri olacaq" -deyə səfir bildirib və xatırladıb ki, buna bənzər struktur artıq qonşu Gürcüstanda uğurlu fəaliyyyət göstərir. "Biz ümid edirik ki, işçi qrupunun işi uğurlu olacaq və tezliklə A
RÖOA-nın yaradılmasına gətirib çıxaracaq"-deyə o bildirib.
Tədbir iki gün davam edəcək.