...

Ziyafət Əsgərov: Parlamentin iclaslarına qatılmayan deputatlar mandatlarından məhrum olacaq

Siyasət Materials 13 Dekabr 2005 11:21 (UTC +04:00)
Ziyafət Əsgərov: Parlamentin iclaslarına qatılmayan deputatlar mandatlarından məhrum olacaq

"Parlamentin iclaslarını boykot edən müxalifətçi millət vəkilləri barədə tədbir görüləcək". Trend xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov onu da qeyd edib ki, bu proses parlamentin daxili nizamnaməsi ilə tənzimlənəcək: "Üzürsüz səbəbdən parlamentin 30-dan artıq iclasına gəlməyən millət vəkilləri mandantlarından məhrum ediləcəklər. Bu təkcə müxalifətçi millət vəkillərinə şamil edilməyəcək". Birinci vitse-spiker onu da bildirib ki, müxalifətçi deputatlar parlamentin iclaslarında iştirak etməməklə seçicilərinə qarşı hörmətsizlik etmiş olacaqlar.

Xəbər lenti

Xəbər lenti