...

Azərbaycan 2006-cı ildə "Şah Dəniz"dən 1 mlrd. m3 qaz ala bilər

Siyasət Materials 14 Dekabr 2005 18:22 (UTC +04:00)
Azərbaycan 2006-cı ildə "Şah Dəniz"dən 1 mlrd. m3 qaz ala bilər

2006-cı ilin II rübündə Azərbaycan "Şah Dəniz" yatağından 1 mlrd. m3 qaz ala bilər. Trend bildirir ki, dekabrın 14-də keçirilən mətbuat konfransında BP Azerbaijan şirkətinin rəhbəri Devid Vudvord bu barədə bəyan edib.

Onun sözlərinə görə, hasilatçı TPG-500 platformasında bir vaxtda böyük həcmdə qazın alınması mümkün deyil və birləşmiş quyuların sayından çox şey asılıdır. "Şah Dəniz"dən qazın Türkiyəyə tədarükünə toxunan D.Vudvord deyib ki, BOTAS qaz kəmərinin özünə aid sahəsinin inşasına artıq başlayıb, amma Gürcüstan-Türkiyə sərhədindən Ərzurumda qəbul məntəqəsinədək qaz kəmərinin çəkilməsinin vaxtından əvvəl başa çatdırılması müəyyən qədər əndişə doğurur. "Amma biz inanırıq ki, Türkiyə boru kəmərinin çəkilməsinin vaxtında başa çatdırılması üçün mümkün olan hər bir şeyi edəcək, çünki "Şah-Dəniz"dən qaz alınması bu ölkənin marağındadır" - deyə o qeyd edib.

"Biz indi "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında neftlə birgə hasil edilən səmt qazının 2006-cı ildə Azərbaycan tərəfinə tədarükü barədə ARDNŞ ilə danışıqlar aparırıq" -deyə D.Vudvord bildirib.

Onun sözlərinə görə, ABƏŞ 2006-cı ildə AÇG-də 4 mlrd. m3 səmt qazı hasil etməyi nəzərdə tutur. Bu qazın bir hissəsi platformalarda qurğuların işi üçün yanacaq kimi istifadə olunacaq, digər hissəsi isə laya geri vurulacaq. Qazın müəyyən hissəsi PSA müqaviləsinin şərtlərinə əsasən Azərbaycan tərəfinə pulsuz verilib.

Xəbər lenti

Xəbər lenti