"Yeni Siyasət" (YES) seçki blokunun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov bildirib ki, o, əlavə seçkilərdə iştirak etməyəcək. Bu barədə Trend ə E.Namazov bildirib.
"YES" təmsilçisi onu da qeyd edib ki, yaxın günlərdə keçiriləcək blokun Koordinasiya Şurasının toplantısında əlavə seçkilərə qatılıb qatılmamaqla bağlı məsələ müzakirə ediləcək: "Mənim qərarım məlumdur. Blokun digər təsisçilərinin qərarı ilə isə tanış deyiləm".
"Blokun digər təsisçilərindən seçkilərə qatılmaq istəyənlərə münasibətiniz necə olacaq" sualını cavablandıran E.Namazov "hadisələri qabaqlamaq lazım deyil" cavabını verib.