Biz istənilən anda işğal altında olan əraziləri azad etməyi bacaran potensial güclü ordu yaratmalıyıq. Trend in "Space" telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da Naxçıvan Muxtar Respublikasında H.Əliyev alına hərbi litseyin müdavimləri qarşısında çıxış edərkən bəyan edib.
Bununla yanaşı, o bildirib ki, milli ordunun maddi-texniki bazası gücləndirilir və təcrübəli kadrlar hazırlanır. Prezidentin sözlərinə görə, bu kadrlar, zərurət yaranarsa, torpaqlarımızı hərbi yolla azad etməlidir.
İ.Əliyev günün ikinci yarısı diaqnostik mərkəzlə yanaşı H.Əliyev adına su anbarının, Heydər Əliyev Fondunun maliyyələşdirdiyi ümumtəhsil (144 yerlik) məktəbinin açılış mərasimində də iştirak edib.