...

Azərbaycan prezidenti Bakı yaxınlığında təyyarənin qəzaya uğradığı yerə baş çəkib

Siyasət Materials 24 Dekabr 2005 13:43 (UTC +04:00)

Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev AN-100-140 markalı təyyarənin qəzaya uğradığı yerə baş çəkib. Trend in xəbər verdiyi kimi, dövlət başçısını baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, "AZAL" DK-nın baş direktoru Cahangir Əsgərov, o cümlədən qəza faktı və görülmüş işlər haqqında məlumat verən digər rəsmi şəxslər müşayiət edib. Dövlət başçısı hadisənin səbəblərinin operativ surətdə araşdırılması ilə bağlı tapşırıq verib.

AN-100-140 markalı təyyarə dekabrın 23-də saat 22:27-də qəzaya uğrayıb. AZAL DK-ya məxsus Bakı-Aktau marşrutu üzrə hərəkət edən təyyarə saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanını tərk edib. Bir neçə dəqiqədən sonra təyyarə ilə əlaqə kəsilib və o, radarın ekranlarından itib. Uçuşdan 8 dəqiqə sonra hava limanının operatoruna təyyarənin qəzaya uğraması haqqında siqnal daxil olub. Ciddi qəzanın qarşısını almaq üçün pilotlar yaşayış məntəqəsinin üzərinə düşən təyyarəni dənizə doğru istiqamətləndiriblər. İlkin məlumatlara əsasən, təyyarənin terror aktı nəticəsində qəzaya uğraması versiyası istisna olunur.

Xəbər lenti

Xəbər lenti