...

Naxçıvan Muxtar Respublikasında daşınmaların həcmi 6,3 % artıb

Siyasət Materials 30 Dekabr 2005 12:00 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasına (NMR) daşınan müxtəlif növ yüklərin həcmi 5926,6 min ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 6,3% çoxdur. Azərbaycanın Nəqliyyat Nazirliyindən Trend ə verilən məlumata görə, Haxçıvana 37058,1 min sərnişin daşınıb ki, burada artım ötən ilin göstəricisi ilə müqayisədə 12,7% təşkil edir.

Ümumilikdə yük daşınmaları və sərnişin daşınmalarından 104607,1 mln manat gəlir əldə olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,1% çoxdur.

Yanvar-noyabrda Azərbaycanda nəqliyyatın bütün növləri üzrə daşınmaların ümumi həcmi 115,1 mln ton olub ki, bu da 2004-cü ilin həmin dövründəki göstəricilərdən 8,5% çoxdur. Bu zaman yük dövriyyəsi 23,6 mlrd ton km olub ki, bu ötən ilin həmin göstəricilərini 13,1% ötüb. Bütün yük daşınmalarının 56,3% və ya 64,9 mln tonu qeyri- hökumət sektoru vasitəsilə (+5,2%) və 50,2 mln ton isə dövlət tərəfindən həyata keçəirilib( +13,2%).

Ölkənin dəmiryolları ilə ilin əvvəlindən 23,5 mln ton yük daşınıb ki, bu da ötən ilin həmin göstəricisindən 24,6% çoxdur. Göstərilən həcmdən 73,7% neft və neft məhsulları, 19,5% -ni isə tikinti materialları və digər yüklər təşkil edir.

Yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə 12,4 mln ton yük daşınıb ki, bu da 2004-cü ilin həmin dövrü ilə müqayisədə 1,0% çoxdur. Daşınmaların yümumi həcminin 72,3% neft və neft məhsulları və 27,7% - ni quru yüklər təşkil edir.

Bu dövrdə avtomobil nəqliyyatı ilə 62,2 mln ton yük daşınıb ki, bu da ötən ilin eyni göstəricisindən 6,6% artıqdır.

Xəbər lenti

Xəbər lenti