...

Səbail Rayon Məhkəməsi Azərbaycan İslam Partiyasının sədrinin iddia ərizəsini icraata götürüb

Siyasət Materials 9 Yanvar 2006 14:17 (UTC +04:00)

"Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nurinin iddia ərizəsi ilə yanvarın 16-da saat 14.00-da Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək". Bu barədə Trend ə AİP-nin mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli bildirib.

Qeyd edək ki, AİP sədri 2005-ci il noyabrın 6-da parlament seçkilərində 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd kimi hüquqlarının pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib.

H.Nurinin vəkili Çingiz Quliyevin bildirdiyinə görə isə iddia ərizəsi hakim Yusif Kərimov tərəfindən icraata götürülüb.

Xəbər lenti

Xəbər lenti