...

"Sosintern"in baş katibi Luis Ayala təkrar seçkilərə qədər Azərbaycana gələ bilər

Siyasət Materials 11 Yanvar 2006 14:13 (UTC +04:00)

"Sosintern"in baş katibi Luis Ayala 2006-cı il mayın 13-də keçiriləcək təkrar seçkilərə qədər Azərbaycana gələ bilər. Bu barədə Trend ə adıçəkilən təşkilata üzv olan Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib.

Onu da qeyd edək ki, L.Ayala dekabrın sonlarınadək Azərbaycana səfər edib dövlət başçısı ilə görüşməyi planlaşdırmışdı. Lakin bir sıra obyektiv və subyektiv səbəblərə görə bu səfər baş tutmayıb. A.Əlizadə onu da bildirib ki, L.Ayalanın 2005-ci il 6 noyabrda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etməklə bağlı Azərbaycanın müvafiq orqanlarına etdiyi müraciət cavabsız qalmışdı: "Bu dəfə məsələ həll olunarsa Luis Ayala təkrar seçkiləri izləyə biləcək".

ASDP həmsədri "Sosintern"in baş katibinin Azərbaycanın dövlət başçısı ilə görüşündə partiyanın Moskvada məknulaşın digər həmsədri Ayaz Mütəllibovun vətənə qayıtması məsələsinin müzakirə ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti