...

Məşvərət Məclisi YAP rəhbərliyilə danışıqlar aparır

Siyasət Materials 13 Yanvar 2006 13:22 (UTC +04:00)

Məşvərət Məclisində təmsil olan partiyaların sədrləri 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı Yeni Azərbaycan Partiyasının rəhbərliyilə danışıqlar aparır. Bu barədə Trend ə Məşvərət məclisinin sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, danışıqların aparılmasında məqsəd təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsində YAP-ın namizədlərilə qurumun namizədlərinin üst-üstə düşməməsidir: "Məclis tərəfindən partiya sədrlərinə səlahiyyət verilib ki, YAP rəhbərliyilə danışıqlar aparıb ümumi razılığa gəlsinlər. Qərara almışıq ki, YAP-ın namizəd vermədiyi dairədə təmsil olunaq".

Məşvərət Məclisinin sədri onu da bildirib ki, bir ay müddətində partiya sədrlərinin hansı seçki dairəsində təmsil olunacağı ilə bağlı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti