...

Aclıq aksiyası keçirən daha bir gənc xəstəxanaya çatdırılıb

Siyasət Materials 16 Yanvar 2006 19:13 (UTC +04:00)

20 gündən artıqdır aclıq aksiyası keçirən gənclərdən daha biri - Bakı Dövlət Universitetindən xaric edilmiş Turan Əliyevin yanvarın 16-da vəziyyəti pisləşib və günün ikinci yarısında 1 saylı Kliniki Xəstəxanaya aparılıb. Trend in məlumatına görə, T.Əliyev xəstəxananın terapiya şöbəsinə yerləşdirilib.

Həkimlərin müayinəsindən sonra xəstəyə bağırsaq keçməməzliyi diaqnozu qoyulub, ciyərində şiş aşkar edilib. Həkimlər bildiriblər ki, T.Əliyev ən azı 10 gün xəstəxanada müalicə olunmalıdır.

Həkimlərin ciddi tapşırığına baxmayaraq Turan Əliyev yeməkdən qəti şəkildə imtina edib, yalnız dərman qəbul etməyə razılıq verib.

Qeyd edək ki, aclıq aksiyasının 16-cı günü Emin Hüseynov, 18-ci günü isə Elnur Məmmədov xəstəxanaya aparılıb.

Xəbər lenti

Xəbər lenti