...

Macarıstan XİN-nin dövlət katibi Bakıda danışıqlar aparır

Siyasət Materials 23 Yanvar 2006 12:40 (UTC +04:00)

Macarıstanın Xarici İşlər nazirliyinin dövlət katibi Andraş Barşoni Bakıda Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparır. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, danışıqlar dövlət katibinin yanvarın 23-də ölkəmizə başlamış səfəri çərçivəsində aparılır.

Dövlət katibi ilk növbədə xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüş zamanı tərəflər Azərbaycan-Macarıstan münasibətlərinin fəallaşdırılması, birgə layihələrin reallaşdırılması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Proqrama əsasən, A.Barşonini prezident İlham Əliyev də qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti