Demokratik Hərəkat Gənclər Birliyi (DHGB) təsis qurultayını keçirib. Trend xəbər verir ki, təsis qurultayını DHGB-nin təşkilat komitəsinin sədri Taleh Əliyev açaraq irqindən, cinsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq demokratik düşüncəli Azərbaycan gənclərinin birliyinin vacibliyini qeyd edib.
Qurultayda təşkilatı məsələrə baxılaraq Taleh Əliyev DHGB-nin sədri seçilib. Daha sonra qurultay nümayəndələri nizamnaməyə uyğun olaraq təşkilatın Ali Məclisini və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibini müəyyənləşdiriblər. Qurultayın sonunda Azərbaycan gəncliyinə müraciət qəbul edilib.