...

Fərhad Abdullayev Qırmızı Xaç Komitəsinin regional nümayəndəsini qəbul edib

Siyasət Materials 7 Fevral 2006 17:42 (UTC +04:00)

Fevralın 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qırmızı Xaç Komitəsinin hüquqi məsələlər üzrə regional müşaviri cənab Ksavyer Filipii qəbul edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin təcrübəsində son illər ərzində beynəlxalq hüquq normalarının tətbiqi və beynəlxalq məhkəmələrin presedentlərinin Konstitusi Məhkəmələrinin qərarlarında əks olunması haqqında məlumatları qonağın nəzərinə çatdırıb.

Cənab Filip də öz növbəsində Konstitusiya Məhkəməsi ilə Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu əməkdaşlıq çərçivəsində humanitar hüququn mənimsənilməsi məqsədi Konstitusiya Məhkəməsinin əməkdaşları üçün tədris xarakterli Dəyirmi Masanın və təlim kurslarının keçirilməsi təklifini irəli sürüb. F.Abdullayev qonağa təşəkkürünü bildirərək məhkəmənin fəaliyyətində beynəlxalq hüquqa daim diqqət yetirildiyini qeyd edərək, məhkəmənin əməkdaşlarının işinin daha da təkmilləşdirilməsi və onların maarifləndirilməsinə yönəlmiş bu cür tədbirlərin birgə keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə həmçinin Konstitusiya məhkəməsi ilə Qırmızı Xaç Komitəsi arasında ikitərəfli əməkdaşlığın digər perspektivləri haqqında geniş fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti