...

2005-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsas fəaliyyəti qimyətli kağızlar bazarının genişləndirilməsinə yönəlib

Siyasət Materials 8 Fevral 2006 15:47 (UTC +04:00)
2005-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsas fəaliyyəti qimyətli kağızlar bazarının genişləndirilməsinə yönəlib

Azərbaycan Respublikası prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) fəaliyyəti 2005-ci ildə əsasən, qiymətli kağızlar bazarının genişləndirilməsinə, QK bazarının vasitələrindən istifadənin fəal istifadəsi üçün stimullaşdırıcı mexanizmlərinin tətbiqinə, investorların cəlb edilməsi və investisiya risqlərinin azalmasına yönəlib. Trend in məlumatına görə, bu barədə fevralın 8-də QKDK-nin fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Dövlət Komitəsinin sədri Gündüz Məmmədov bəyan edib. Onun sözlərinə görə, əldə olunan irəliləyiş iqtisadi proseslərin, regionların, sahibkarlığın inkişafı üzrə tədbirlərin nəticəsidir.

Bununla yanaşı, bu il həll olunması üçün ölçülərin götürüldüyü problemlərdən biri qiymətli kağızlar bazarının praktiki olaraq paytaxtda yerləşməsidir və onun regionlara paylaşdırılması zəruridir. Bunun üçün fond bazarının peqəkar iştirakçıları üçün stimullaşdırıcı şəraitin yaradılması zəruridir. QKDK diler və broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçılara regionlarda şöbələr açmağı təklif edir. Lakin G.Məmmədovun fikrincə, çox güman ki, onlara hələlik kommersiya baxımından öz əməliyyatlarını QK bazarında öz əməliyyatlarını genişləndirmək sərfəli deyil.

O, fond bazarında formalaşan müsbət dinamika barədə məlumat verib. Ötən il ərzində 84 emitent QKDK-də ümumi məbləği 225,7 mln AZN olan 108 səhm buraxılışı qeydiyyata alınıb. 2004-cü ildə isə 50 emitent tərəfindən 91,9 mln AZN həcmində 62 buraxılış qeydiyyatdan keçirilib. Artım 2,5 dəfə təşkil edir. Bu bazarda nisbətən yüksək fəallıq banklar tərəfindən müşahidə olunub. Belə ki, 146,2 mln AZN məbləğində 54 buraxılış 32 bank tərəfindən həyata keçirilib. 2004-cü ildə bu bazarda cəmi 24 bank iştirak edib ki, onlar 61,1 mln AZN məbləğində 34 səhm buraxılışını qeydiyyata alıblar.

Özəlləşdirmə prosesi çərçivəsində ötən il 23 səhmdar cəmiyyət (SC) yaradılıb ki, onlar 68 mln AZN səhm buraxılışını qeydiyyata alıblar. 2004-cü ildə isə cəmisi 4,4 mln AZN məbləğində 10 buraxılış həyata keçirilmişdi. Ötən il 3,8 mln AZN beş buraxılış 4 sığorta şirkəti tərəfindən, 2004-cü ildə isə 2 mln AZN 4 buraxılış həyata keçirilib. Emitent və buraxılışların sayının eyni olmasına baxmayaraq, lizinq şirkətləri tərəfindən səhm buraxılışları fərqlənir ( 2005-ci ildə 502 min AZN , 2004 -cü ildə 700 min AZN). Yerdə qalan 23 SC 68,4 mln AZN həcmində 24 emissiyada səhmlər buraxıblar (2004-cü ildə 10 SC 23,1 mln AZN 12 buraxılış həyata keçirmişdi).

Nominal üzrə 70 mln AZN məbləğində səhmin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə keçirilib. Ötən il BFB ilə səhmlərin alqı-satqısı üzrə 1081 sövdələşmə, korporativ istiqrazlar üzrə 1,1 mln AZN 7 sövdələşmə, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə 8 sövdələşmə (36 mln AZN), notlar üzrə 47 sövdələşmə (24,9 mln AZN) həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti