...

YAP-ın 15 üzvü təkrar seçkilərə müstəqil şəkildə qatılıb

Siyasət Materials 9 Fevral 2006 14:21 (UTC +04:00)

2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) fərdi qaydada 15 şəxs namizədliyini irəli sürüb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

A.Sarıyev bildirib ki, YAP-ın 9 saylı Binəqədi ikinci seçki dairəsindən 3, 31 saylı Suraxanı ikinci seçki dairəsindən 3, 38 saylı Gəncə-Nizami ikinci seçki dairəsindən 1, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən 3, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən 2, 110 saylı Zaqatala seçki dairəsindən 2, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən 1 üzvü namizədliyini irəli sürüb.

69 saylı Cəlilabad-Biləsuvar-Masallı, 103 saylı Gədəbəy və 119 saylı Ağdam kənd seçki dairələrindən YAP-ın heç bir üzvü namizədliyini verməyib.

Xəbər lenti

Xəbər lenti