...

Milli Məclisin spikeri Türkiyənin baş naziri ilə görüşüb

Siyasət Materials 10 Fevral 2006 11:37 (UTC +04:00)

Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanla görüşüb. Trend "Azərtac"a istisnadan xəbər verir ki, görüşdə dövlətlərarası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

R.T.Ərdoğan Azərbaycanın bölgədə güclü bir dövlətə çevriləcəyinə inandığını bildirib və bu yaxınlarda türkdilli dövlətlərin toplantısını keçirməyin vacibliyini vurğulayıb.

Milli Məclisin sədri Oqtay Əsədov son illərdə hökumətin səyləri sayəsində Türkiyənin daha da inkişaf etdiyini deyib. Parlamentin sədri ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, lakin iki ölkə arasında ticarət dəvriyyəsinin artırılmasının vacibliyini vurğulayıb. O, Türkiyənin iş adamlarının Azərbaycan iqtisadiyyatına 2 milyard dollara yaxın sərmayə qoyduğunu və bunun getdikcə artdığını xatırladıb. Parlamentin sədri qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün bütün sahələrdə güclü iş aparmağın gərəkliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti