...

YAP Xocalı faciəsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayacaq

Siyasət Materials 20 Fevral 2006 14:54 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) hər il olduğu kimi, bu il də Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirəcək. Bu barədə Trend ə YAP sədrinin müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Ə.Əhmədov onu da bildirib ki, Xocalı faciəsini bütün dünyada tanıdana qədər bu prosesi genişmiqsaylı şəkildə həyata keçirmək lazımdır. YAP rəsmisi qeyd edib ki, hər il Xocalı soyqırımı baş verən tarixdə hakim partiya beynəlxalq təşkilatlara müraciət edir, onların ünvanlarına faciəni əks etdirən foto-şəkillər göndərir. Bakıda beynəlxalq qurumların, səfirliklərin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir.

YAP rəsmisi onu da bildirib ki, partiyanın rayon təşkilatlarında da eyni tədbirlər keçirilir. Təhsil ocaqlarında, ayrı-ayrı müəssisələrdə Xocalı faciəsi anılır.

Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 26-da Rusiyanın 366-cı motoatıcı polku və ermənilər tərəfindən törədilib.

Xəbər lenti

Xəbər lenti