...

Səməd Seyidov erməni deputatın bəyanatını təkzib edib

Siyasət Materials 25 Fevral 2006 13:15 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Naxçıvana guya erməni tarixi abidələrinin dağıdılması ilə bağlı şəraiti aydınlaşdırmaq üçün missiya göndərilməsi barədə bəyanat həqiqətə uyğun deyil. Bu barədə Trend ə AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov eksklyuziv məlumat verib.

Onun sözlərinə görə, ermnəi deputatı Şavarş Köçəryanın bəyanatı həqiqətlə bir araya sığmır. Digər tərəfdən isə o özü artıq AŞPA-da erməni nümayəndə heyətinin üzvü deyil. S.Seyidov erməni tərəfinin bəyan etdiyi kimi AŞPA-nın yayda Azərbaycanın Naxçıvan Muxtar Respublikasına mövcud olmayan "faktları" araşdırmaq üçün xüsusi missiya göndərməsi barədə məlumatı da təkzib edib.

Beynəlxalq təşkilatda Xocalı soyqırımı məsələsinin qaldırılması ilə bağlı suala cavab verərkən S.Seyidov bildirib ki, belə addımlar indiyə kimi də atılıb və bundan sonra da fəal şəkildə davam etdirələcək.

Xəbər lenti

Xəbər lenti