...

Misirin baş naziri Azərbaycana dəvət olunub

Siyasət Materials 7 Mart 2006 13:52 (UTC +04:00)

Azərbaycanın baş naziri Artur Rasizadə öz misirli həmkarı Əhməd Nazifi Azərbaycana rəsmi səfərə dəvət edib. Misirin Azərbğaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, baş nazirə dəvətnaməni Misirin Azərbaycandakı səfiri Əhməd əl-Şarkavi təqdim edib.

Azərbaycan hökumətinin başçısı Misir hökumətinin başçısını onun üçün istənilən münasib vaxtda Azərbaycanda qəbul etməyə hazır olduğunu bildirib.

Səfirlikdən bildirilib ki, Misirin Azərbaycandakı səfiri öz növbəsində Artur Rasizadəyə Əhməd Nəzifin məktubunu çatdırıb. Məktubda Misirin baş naziri öz hökumətinin Azərbaycanla ticari-iqtisadi əlaqələrinin genişləndirmək niyyətini ifadə edib.

Görüşdə səfirin sözlərinə görə, ölkəyə əczaçılıq məhsullarının ixracında maraqlı olan öz ölkəsinin iş adamları Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bundan əlavə, diplomat bildirib ki, Misir Azərbaycanla toxunma parçalar və pambıqçılıq sahəsində əməkdaşlıq etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti