...

Mehman Əhmədov: "Azərbaycanda sərgilərin sayının artması iqtisadiyyatın inkişafına dəlalət edir"

Siyasət Materials 15 Mart 2006 14:18 (UTC +04:00)
Mehman Əhmədov: "Azərbaycanda sərgilərin sayının artması iqtisadiyyatın inkişafına dəlalət edir"

"Azərbaycanda sərgilərin sayının artması ölkə iqtisadiyyatının inkişafına dəlalət edir". Trend in xəbər verdiyi kimi, bu barədə martın 15-də Heydər Əliyev adına idman-konsert kompleksində AutoShow-2006 3-cü Beynəlxalq Avtomobil Sərgisinin açılışında Azərbaycanın Sənaye-Ticarət Palatasının vitse-prezidenti Mehman Əhmədov məlumat verib.

Açılış mərasimində, həmçinin, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının rəhbəri Natiq Zərbəliyev, İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov, səfirliklərin nümayəndələri və başqaları iştirak edib. Sərgidə dünyanın 12 ölkəsindən (Azərbaycan, Yaponiya, Polşa, Ukrayna, Hindistan, Almaniya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Çexiya və s.) 69 şirkət iştirak edir. 2005-ci illə müqayisədə bu il ekspozisiyanın sahəsi 50% artıb. Sərgi martın 18-də başa çatacaq.

Sərgidə minik avtomobilləri, avtobuslar, yük maşınları, xüsusiləşdirilmiş avtomobillər, avtomobil mühərrikləri və onların komponentləri, tüninq, avtomobil aksessuarları, avtomobilə qulluq vasitələri, təkərlər, rezin-texniki məmulatlar, avtoelektrika və elektronika, qoşqular, ehtiyat hissələri, mühafizə simqnalizasiyaları və qaçırmaya qarşı sistemlər, audio sistemlər və s. nümayiş etdiriləcək.

Sərgi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti, Sənaye-Ticarət Palatası, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası, TUSİAB, Azərbaycanda investisiyaplırn təşviqi və Məsləhət Fondu, Azərbaycan Respublikası Sahibkarlar Milli Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti