...

Ələkbər Məmmədov: Vergi Məcəlləsinə müəyyən dəyişikliklər edilməlidir

Siyasət Materials 23 Mart 2006 15:38 (UTC +04:00)
Ələkbər Məmmədov: Vergi Məcəlləsinə müəyyən dəyişikliklər edilməlidir

Vergi Məcəlləsində düzəlişlərin və əlavələrin tətbiqi idə əlaqədar sahibkarlar üçün yaranan prolbemləri müzakirə etmək üçün Azərbaycan Sahibkarlarının Milli Konfederasiyası Vergilər Nazirliyi ilə yanvar-fevral aylarında sahibkarlar üçün birgə silsilə seminarlar keçiriblər.

ASMK-nın sədri Ələkbər Məmmədovun Trend ə verdiyi məlumata görə, dəyişikliklərin müzakirələri gedişində vergi qanunvericiliyində artıq yeni təkliflər formalaşıb ki, ASMK həmin dəyişikliklərlə 2007-ci il üzrə VM-də əlavələr və dəyişikliklər layihəsinin hazırlanması zamanı çıxış edəcək.

Bu gün məcəllədən sahibkarların vəziyyətini çətinləşdirən sürətləndirilmiş amortizasiyanın çıxarılması tələb olunur. Vergi Məcəlləsinin 2001-ci ildən qüvvəyə mindiyi vaxtdan istehsalın inkişafına qoyulan vəsait vergidən gələn gəlirdən hesablanırdı. Son illər bu, sürətləndirilmiş amortizasiya ilə əvəzləndi. Lakin bu ildən həmin maddə tamamailə VM-dən çıxarılıb ki, bu da vergiödəmə bazasının böyüməsinə gətirib çıxarır və sahibkarların vəziyyətini ağırlaşdırır. Problemlər ƏDV-nin bank sistemi vasitəsilə köçürülməsi ilə əlaqədar yaranır ki, bu da artıq vaxt itkisinə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən sahibkarlar vergi orqanlarına bəyannamələrin təqdim olunması zamanı da çətinliklərlə üzləşirlər. Baxmayaraq ki, Ə.Məmmədov elektron sistemə keçidlə əlaqədar bu prosesin gələcəkdə sadələşəcəyini bildirib.

Rusiyanın təcrübəsindən istifadə etmək daha düzgün olardı ki, burada vergi qanunvericiliyində əlavə və dəyişikliklərin təsdiqi və tətbiqi arasında minimum ən azı yarım il dəhliz gözlənilir. Lakin Azərbaycanda onlar 2005-ci ilin dekabrında qəbul edilsə də, artıq 2006-cı ilin yanvarından qüvvəyə minib. Bu istiqamətdə hökumət artıq müzakirələri başa çatdırmaq və parlamentdə büdcə paketindən VM əlavə və düzəlişləri qəbul etməyi qərara alıb.

Vergi dərəcələrinin dəyişdirilməsi üzrə ASMK vergi yükləmələrinin azaldılması barədə təkliflə çıxış etmək niyyətindədir. Eləcə də, konfederasiya ƏDV üzrə dərəcələri hazırki 18%-dən 14%-ə salmağı, gəlir vergisini 18-29%-ə qədər (bu gün 22% təşkil edir) azaltmağı məqsədəuyğun hesab edir. Sosial sığortadan məcburi ayırmalar üzrə işəgötürənlərə ayırmaların dərəcəsini hazırki 22%-dən 14% -ə, işçilərdən isə 3%-dən 2%- qədər azaltmağı məqsədəuyğun hesab edir. Konfederasiyanın rəhbəri belə hesab edir ki, bu, doğru yanaşma olardı. Çünki bütün dünyada sosial verginin dərəcəsi aşağıdır. Rusiyada bu, cəmisi 14% təşkil edir.

Xəbər lenti

Xəbər lenti