...

Azərbaycanın baş nazirinin müavini Əli Həsənov Bakıda İtaliyanın səfiri ilə görüşüb

Siyasət Materials 24 Mart 2006 18:10 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın baş nazirinin müavini, Qaçqınlar və məcburi köçkyünlər üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov martın 24-də İtaliyanın Bakıdakı səfiri Can Luci Maşa ilə görüşüb. Trend in verdiyi xəbərə görə, görüş zamanı Azərbaycandakı qaçqınlara və məcburi köçkünlərə humanitar yardımla bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ə. Həsənov italiyalı diplomata rəsmi Roma tərəfindən müntəzəm olaraq respublikaya göndərilən humanitar yardıma görə təşəkkürünü bildirib. Ə.Həsənov 2005-ci ilin iyununda Azərbaycanla İtaliya arasında imzalanan Bəyannaməyə əsasən ərzağın müəyyən partiyalarının artıq Saatlı, İmişli, Sabirabad rayonlarında, eləcə də Sumqayıtda məskunlaşan qaçqınlara və məcburi köçkünlərə paylandığını xatırladıb.

Hökumət sədrinin müavini İtaliyanın Azərbaycana birbaşa daxil olan humanitar yardımların həcminə görə donor ölkələr arasında birinci yeri tutduğunu məmnuniyyətlə qeyd edib.

Öz növbəsində, italiyalı diplomat Romanın bundan sonra da "humanitar ideyaların dəstəklənməsinə" bundan sonra da səy göstərəcəyini bildirib. "İtaliya Azərbaycanın dostu olub və bundan sonra da olacaq", -deyə Can Luici Maşa bildirib.

Xəbər lenti

Xəbər lenti