...

Bakıda enerji təchizatının ardıcıl inkişafı və səmərəliliyinin artırılması üzrə simpozium öz işinə başlayıb

Siyasət Materials 28 Mart 2006 12:46 (UTC +04:00)
Bakıda enerji təchizatının ardıcıl inkişafı və səmərəliliyinin artırılması üzrə simpozium  öz işinə başlayıb

Martın 28-də Bakıda BMT-nin energetika, sənayenin inkişafı, ətraf mühitin çirklənməsi, iqlimin dəyişməsi mövzusunda ardıcıl inkişaf üzrə komissiyasının simpoziumu öz işinə başlayıb.

Trend in məlumatına görə, sənaye və energetika naziri Natiq Əliyev Xəzər regionunun, o cümlədən, Azərbaycanın böyük neft və qaz ehtiyatları ilə zəngin olduğunu, böyük iqtisadi və istehsal potensialına malik olduğunu bildirib. "XXI əsrdə bu ölkələr dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq, Avropanın və digər ölkələrin bazarında alternativ enerji mənbəyi planında çox vacib iştirakçı olacaqlar", - deyə o bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 120-dən artıq çoxmilli və transregional layihələr, o cümlədən, Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına nəqli, Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı və Böyük İpək Yolunun bərpası üzrə layihələr işlənilir. Bu il neft-qaz yataqlarının işlənməsinin səmərəliliyinin artırılması, neft hasilatının 30,5 mln. tona çatdırılması, "Azəri-Çıraq-Günəşli" yatağının ikinci fazasının işlənməsinin sürətləndirilməsi, "Şahdəniz" yatağının istismarına başlanılması, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin istismara verilməsi, mövcud və yeni tikilən elektrik stansiyalarının gücünün artırılması və bunun da nəticəsi olaraq ölkənin bütün regionlarının qaz və elektrik enerjisilə təminatının yaxşılaşdırılması nəzərdə tutulub.

N.Əliyevin sözlərinə görə, alternativ enerji mənbələrindən istifadə hesabına Azərbaycanda istehsal olunan elektrik enerjisinin 5-7%, istilik enerjisini 10% artırmaq mümkündür.

Bakıdakı simpozium BMT-nin ardıcıl inkişaf üzrə komissiyasının iqtisadi və sosial işlər departamenti və Azərbaycanın Sənaye və Energetika Nazirliyi tərəfindən keçirilir.

Tədbir "Enerji təchizatının ardıcıl inkişafı və səmərəliliyinin artırılması üzrə Bakı simpoziumu" adı altında keçirilir və enerji təminatı sistemlərinin səmərəliliyinə həsr olunub. Görüşün nəticələri üzrə Bakı bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Görüşün gedişində Azərbaycan Dövlət Neft Şirkəti nümayəndələrinin enerji təchizatı sistemlərində səmərəliliyn artırılması, neft və qaz hasilatı zamanı ekoloji cəhətdən təmiz və iqtisadi baxımdan səmərəli olan texnologiyaların tətbiqi ilə bağlı məruzələri dinləniləcək. Məruzə ilə həmçinin, İran, Rusiya, Qazaxıstan, Türkmənistan, Çin, Misir, Qətər, Avstraliya və digər ölkələrin nümayəndələri də çıxış edəcək. Tədbirdə beynəlxalq maliyyə institutunun nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti